Türkiyənin məşhur aktyoru Azərbaycana gəlib

17:12 - 26 Noyabr 2019 - MAQAZİN

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycana gəlib.

O, siması olduğu brendin Bakıda yeni mağazasının açılışında iştirak edəcək.
Aktyor “Park Bulvar” ticarət mərkəzində pərəstişkarları ilə görüşəcək. Noyabrın 29-u saat 18:00-da isə “Park Bulvar”ın 1-ci mərtəbəsində O.Kaynarcanın imza günü keçiriləcək.

Xatırladaq ki, o, “Kurtlar Vadisi” və “Eşkiya dünyaya hökmdar olamaz” seriallarında oynadığı rollarla məşhurlaşıb. /report

 

Xəbər xətti