Gəncədə 7 yaşlı qız məktəbdə ölüb

14:14 - 26 Noyabr 2019 - HADİSƏ

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

Hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Gəncə şəhər Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti