Polis əməkdaşı svetoforun qırmızı işığında hərəkət edib
Bakıda qayda pozan yol polisinin görüntüsü kameraya düşüb. Noyabrın 21-də paytaxtın Təbriz küçəsində hərəkətdə olan 99-BM-444 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib. O, eyni zamanda yolun hərəkət hissəsində yerləşmə qaydasını da pozub.
Araşdırma zamanı məlum olub ki, qaydanı pozan sürücü Dövlət Yol Polisi idarəsinin əməkdaşıdır.