Zəhərlənən 6 tələbədən YENİ XƏBƏR

12:34 - 26 Noyabr 2019 - Xəbər

"Zəhərlənənlərin hamısı Xəzər Universitetinin tələbəsi olmayıb".

Ucnoqta.az xəbər verir ki, bu haqda Lent.az -a Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli məlumat verib. O bildirib ki, zəhərlənənlərdən 3-ü (Nəzakət Heydərli, Aysun Rəcəbli, Ləman Salmanova) Xəzər Universitetinin tələbələridir:

"Aysun Osmanlı və Gülyetər Mahmudova Bakı Dövlət Universitetinin, Nazlı Qazıyeva isə İqtisad Universitetinin tələbəsidir. Artıq Nazlı Qazıyeva universitetə gedib.
Qızlar mətbəxdə dəm qazından zəhərləniblər, onların vəziyyətləri normaldır".

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən 6 tələbəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Xəbər xətti