Rusiya Ankara ilə yeni “S-400” müqaviləsi imzalayacaq

12:31 - 26 Noyabr 2019 - DÜNYA

2020-ci ildə Türkiyə ilə “S-400”lərlə bağlı yeni müqavilə imzalanması planlaşdırılır.

“RİA Novosti” xəbər verir ki, bu sözləri “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib. “Biz ümid edirik ki, 2020-ci ilin birinci yarısında müqavilə sənədlərinin imzalanmasına keçəcəyik. Türkiyə ilə hərbi-texniki əməkdaşlıq yalnız “S-400” tədarükü ilə məhdudlaşmır. Bizim qarşıda böyük planlarımız var”, - Mixeyev bildirib.

Qeyd edək ki, Rusiya bu il Türkiyəyə 2.5 milyard dollar dəyərində dörd “S-400” divizionunun tədarükünə dair müqaviləni yerinə yetirib./oxu.az

Xəbər xətti