Polis “avtozapçast”ı qarət edib avtomobil qaçıran şəxsi gülləldi

11:04 - 26 Noyabr 2019 - HADİSƏ

ABŞ-ın Hollivud şəhərində polis dəhrə ilə silahlanmış şəxsi güllələyib. Ucnoqta.az xəbər verir ki, bu barədə Los-Anceles polis departamentinin mətbuat xidmətinin nümayəndəsi leytenant Kris Ramires məlumat verib.

Onun sözlərinə görə, şübhəli şəxs avtomobil hissələri mağazasını qarət etdikdən sonra qaçırdığı avtomobillə hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin, o buna nail ola bilməyib, cinayətkar qaçırdığı maşınla iki polis patrul avtomobilinə çırpılıb. Qarətçi daha sonra əlində dəhrə ilə gizlənməyə cəhd göstərib.

Polis nümayəndəsi söyləyib ki, hücum edən şəxs 30 santimetrlik dəhrə ilə silahlı olub. Əməkdaşlardan biri onu yaxalamaq istəyən zaman xəsarətlər alıb və bundan sonra asayiş keşikçiləri şübhəli şəxsə atəş açıblar. O, güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

 

Namiq Musayev

Xəbər xətti