“WhatsApp”dan yeni funksiya

08:17 - 26 Noyabr 2019 - Xəbər

“WhatsApp” təkmilləşdiriciləri müəyyən vaxt ərzindən sonra ismarıcları avtomatik silməyə imkan verəcək yeni funksiyanı test edir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib. “İsmarıcların silinməsi” funksiyası Android əməliyyat sistemi üçün nəzərdə tutulan mesencerin 2.19.348 beta-versiyasında var. Mesencerin test rejimində olan funskiyasını “Kotakt haqda informasiya” və ya “Çatın qrup quraşdırmaları”na daxil olaraq işə salmaq olar. Bununla yanaşı, istifadəçi ismarıcın “ömrünü” 1 saat, 1 gün, 1 hətə, 1 ay və 1 il təyin edə bilər.

Xəbər xətti