Elmar Məmmədyarov Fransa səfiri ilə görüşüb

21:51 - 25 Noyabr 2019 - SİYASƏT

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zakari Qrosu qəbul edib.

Nazirlikdən verilən məlumata görə, E.Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Z.Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib. Nazir E.Məmmədyarov səfir Z.Qrosa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Xəbər xətti