Misirdə qızlar məktəbində onlarla şagird zəhərləndi

19:55 - 25 Noyabr 2019 - DÜNYA

Misirin cənubundakı Asuan şəhərində qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, yaxınlıqdakı kimya müəssisəsindən azotun sızması nəticəsində 84 şagird və müəllim zəhərlənib.
Qeyd olunur ki, zəhərlənənlərin böyük əksəriyyəti şagirdlərdir. Xəsarət alanlar xəstənaya yerləşdirilib.

Onların vəziyyəti barədə məlumat verilməyib./trend

Xəbər xətti