Daşkəsənə yeni DYP rəisi təyin olunub

17:29 - 25 Noyabr 2019 - Xəbər

Daşkəsən rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. "Report"un məlumatına görə, əmrə əsasən, bu vəzifəyə polis mayoru İldırım Əliyev təyin olunub.

İ.Əliyev Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi olmazdan əvvəl Şəmkir Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkcisi vəzifəsində işləyib.

Xəbər xətti