Sərnişin avtobusu dərəyə aşdı: 10 ölü, 20 yaralı

15:03 - 25 Noyabr 2019 - HADİSƏ

Perunun mərkəzində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilir ki, qəza sürücünün sükan idarəetməsini itirməsi səbəbindən baş verib.

Yaralı sərnişinlər xəstəxanalara çatdırılıblar.

Araşdırmalar aparılır.

 

Namiq Musayev

Xəbər xətti