Yeni Azərbaycan Partiyasının bünövrəsi sağlam təməl daşları üzərində qurulub

12:39 - 25 Noyabr 2019 - Xəbər

"Heç kimə sirr deyil ki, bu gün Yeni Azərbaycan partiyasını belə qüdrətli olmasının əsas səbəbi onun bünövrəsinin sağlam təməl daşları üzərində ucaldılmasıdır." 

Bunu Yeni Azərbaycan Partiyasının 27-ci ildönümü ilə bağlı "Qarabağ" döyüş növləri klubunun prezidenti Akşin Hüseynov deyib: "Yeni Azərbaycan Partiyası Heydər Əliyev duhasının düşüncə və əməllərinin XXI əsrə açdığı izdir. Xususilə vurğulamaq lazımdır ki, xalq hər zaman yaxşını pisdən seçməyi bacarır. Bu, necə deyərlər, isbata ehtiyac olmayan aksiomadır və cəmiyyətdə mənəvi mühitin sağlamlaşması üçün mühüm amillərdən biridir. Bizim gələcəyə baxışımızın əsasını ilk növbədə bu amil təşkil edir.

Qeyd etmək lazımdır ki, ötən 27 il ərzində Yeni Azərbaycan Partiyası təşkilatı kifayət qədər möhkəmlənmiş və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi rolunda üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirmişdir. Əminik ki, bundan sonra da bu iş daha ardıcıl və qətiyyətlə davam etdiriləcəkdir. Uğurlu yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasına ölkəmizin xoşbəxt gələcəyi naminə mübarizəsində böyük uğurlar arzulayırıq.
27 yaşımız Mübarək! "

 

Xəbər xətti