Qaradağda icra başçısının müavini qəzaya düşdü - xanımı dünyasını dəyişdi

10:50 - 25 Noyabr 2019 - HADİSƏ

Qaradağ rayonunda "Hyundai" markalı avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər ambulator müalicəyə yola salınıb.

Qaradağ rayonu ərazisində “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər Cabbarov Rəşad və Əminə Zeynalova aldıqları xəsarətlərdən dünyasını dəyişib, daha iki nəfər - Zeynalov Rəşad bədənin müxtəlif yerlərinin əzilməsi və onun 15 yaşlı oğlu Zeynalov Kamran döş qəfəsinin küt travması ilə xəstəxanaya çatdırılıblar. İlkin tibbi yardım aldıqdan sonra hər iki şəxs ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, R.Zeynalov Tovuz Rayon İcra hakimiyyəti başçısının müavinidir, hadisədə dünyasını dəyişən qadın Ə.Zeynalova isə onun həyat yoldaşı olub./trend

Xəbər xətti