Təyyarənin pilotu uçuş zamanı yolda öldü

21:44 - 24 Noyabr 2019 - Xəbər

Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarənin ikinci pilotu uçuş zamanı vəfat edib. 

TASS xəbər verir ki, hadisə Moskva-Anapa marşrutu zamanı baş verib.  İkinci pilotun vəziyyətinin pisləşməsi təyyarənin təcili eniş etməsinə səbəb olub.

Hava gəmisi Rostovda qəza enişi edib, təcili-tibbi yardım briqadası cəlb olunsa da, həkimlərin səyinə baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini bildiriblər.

Daha sonra reys başa çatdırılıb. /oxu.az

Xəbər xətti