Mingəçevirdə Polis Şöbəsində ər arvadını döyüb

18:13 - 24 Noyabr 2019 - HADİSƏ

Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü  şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib.

Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti