Bu yollarda sürət həddi endirilib

18:09 - 24 Noyabr 2019 - Xəbər

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Agentlik bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir.

BNA sərnişinlərdən xahiş edir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar: "Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir",- məlumatda bildirilib.

Xəbər xətti