Bakıda iki qardaş bıçaqlanıb

23:25 - 23 Noyabr 2019 - HADİSƏ

Bakıda iki qardaş bıçaqlanıb.

Hadisə Suraxanı rayonunda baş verib. Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı, Ramin Əliyevə kürək nahiyəsindən 1 ədəd kəsilmiş-deşilmiş yarası, Rauf Əliyevə isə sağ qolun 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Yaralıların sözlərinə görə, onlara tanımadıqları şəxs bıçaq xəsarətləri yetirib.
Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır./report

Xəbər xətti