Tərtərdə DƏHŞƏTLİ QƏZA: Avtomobil iki hissəyə bölündü, iki nəfər öldü - FOTO

19:36 - 23 Noyabr 2019 - HADİSƏ

Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Azadqaraqoyunlu kəndi ərazisində qeydə alınıb. “VAZ 21011” markalı avtomobil idarə etməni itirərək daş betona dəyib. Nəticədə minik avtomobili iki hissəyə bölünüb. 

Hadisə zamanı avtomobilin sürücüsü Rac Zeynalov və sərnişin Mahrux Məmmədova hadisə yerində ölüb.  Bir nəfər isə ağır xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./oxu.az


Xəbər xətti