Tərtərdə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

15:46 - 23 Noyabr 2019 - HADİSƏ

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti