Bir gecədə iki ağır yol qəzası – 10 ölü, 33 yaralı

11:36 - 23 Noyabr 2019 - HADİSƏ

Meksikanın şimal-şərq sərhədində ötən gün gecə saatlarında iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, qəzalardan biri Çiapas ştatının Okosokoaytla – Las-Çoapas ödənişli şosesində qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusu döngəli yolda sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər ölüb, azı 33 nəfər xəsarət alıb.

İkinci qəza isə Sonora ştatında qeydə alınıb.

Bildirilir ki, ABŞ sərhədi istiqamətində hərəkət edən, içərisində Venesuela vətəndaşlarının olduğu taksi avtosisternlə toqquşub. Nəticədə taksi sürücüsü ilə birgə 5 sərnişin hadisə yerində dünyasını dəyişib.  

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Meksikada il ərzində təxminən 400 min yol-nəqliyyat hadisəsi baş verir və bu qəzalarda da 16 minə yaxın insan həlak olur.

 

Namiq Musayev

Xəbər xətti