Xızıda polis köməksiz vəziyyətdə qalan Rusiyalı turistlərə kömək edib- Foto

10:37 - 23 Noyabr 2019 - HADİSƏ

Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, belə ki “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib.
Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.


Xəbər xətti