Ağdamda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

21:33 - 22 Noyabr 2019 - HADİSƏ

Ağdam rayonunda yol qəzası baş verib.

Məlumata görə, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər Səbinə Abdullazadə və Aygün Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti