Fəsillərə görə xəstəliklər və xarakterlər... – Kimlər tez-tez xəstələnir, kimlər daha uzunömürlü olur

20:01 - 22 Noyabr 2019 - Cəmiyyət

Alimlər tərəfindən aparılan müxtəlif araşdırmalar zamanı insanlar fərqli cəhətdən tədqiq edilir. Bu araşdırmalar onların sağlamlığı, ruh halı, xasiyyət və xarakteri haqqında maraqlı informasiyalar əldə edilməsinə gətirib çıxarır. Belə tədqiqatlardan biri də, insanın doğulduğu fəsilə görə xarakterinin öyrənilməsi  üçün aparılıb. 

Ucnoqta.az Medicina.az-a istinadən xəbər verir ki, bir qrup amerikalı alim mindən çox insan üzərində çalışaraq onların doğulduğu ay, il, sağlamlıq və digər informasiyalarına görə  tədqiq edib. Nəticədə bütün bunlar arasında bir bağlılıq olduğu aşkarlanıb. Belə ki, onların fikrinə görə, insanların doğulduğu fəsil onların xarakterinə və sağlamlığına təsir edir. Bu təsirin də əsas səbəbi hamiləlik dövründə qadınların müxtəlif ekoloji, bioloji, virus, infeksiya və s. faktorlara məruz qalması ilə əlaqələndirilir.

Bəs hansı fəsildə doğulmağınız sizin xarakter və sağlamlığınıza necə təsir edir?

Qışda doğulanlar
Bu fəsildə doğulan insanlar inadkar olur. Onlar karyera və biznes qurmaqda böyük uğurlar əldə edirlər. Həmçinin bu insanlarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinə daha tez-tez təsadüf edilir. Həmçinin, qışda doğulan insanlarda ağır depressiyalar və psixiki xəstəliklərin riski də digər fəsillərdə doğulan insanlarla müqayisədə daha yüksəkdir.

Yazda doğulanlar 
Bu insanlar adətən pozitiv və yaradıcı ruha malik olurlar. Digər fəsillərdə doğulanlara nisbətən bu tip insanlar daha hündür boy olurlar. Yazda doğulan insanlarda autoimmun, limfa sistemi, allergik xəstəliklərin riski daha yüksək olur.

Yayda doğulanlar 
Bu fəsildə doğulan insanlar özlərini daha xoşbəxt hiss edir. Onların fikirləri daima optimist olur, öyrənməyə və səyahətə meyilli olurlar. Daha gec depressiv hala qapılırıar. Lakin bu insanlarda görmə ilə bağlı problemlərə daha çox rastlanır. 

Payızda doğulanlar
Payız aylarında doğulan insanların çoxu  səbirsiz,  əsəbi olurlar. Aqressiv hallarına görə tez-tez münaqişələr yaşayırlar. Lakin bu fəslin insanları daha uzunömürlü olurlar. Onlarda daha çox astma və allergik xarakterli xəstəliklərə rast gəlinir.

Xəbər xətti