Bakıda oğru "Araz" marketin 2 işçisini bıçaqlayıb

23:32 - 21 Noyabr 2019 - HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketə oğru girib. Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır./Apa

Xəbər xətti