BDU-nun yataqxanasında tələbə qızların zəhərlənmə səbəbi məlum olub

17:01 - 21 Noyabr 2019 - Xəbər

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Kamran Əsədovun sözlərinə görə, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi"  (Suşi — balıqdan hazırlanmış yemək növü) sifariş veriblər.

Qeyd edək ki, reportun xəbərinə görə, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən hər üç tələbə qızın ötən gün axşam saatlarında yüksək hərarət və baş ağrısı ilə təcili tibbi yardıma müraciət etdikləri məlum olub.
Hadisə yerinə gələn həkim qızlara ilkin tibbi yardım göstərərək onlara iynə vurub.
Təcili yardımın işçiləri hər üç tələbəni xəstəxanaya aparmaq istəsələr də, tələbələr müalicələrini ev şəraitində almaq istədiklərindən hospitalizasiyadan imtina ediblər. Belə olan halda həkimlər getməli olublar.
Hər üç qız eyni otaqda qalırmış.

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər xətti