Xəstəxanaya yerləşdirilən tələbələrin FOTOLARI

16:52 - 21 Noyabr 2019 - Xəbər

Bu gün Yasamal rayonu ərazisində Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların fotoları yayılıb.

Publika.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 21 yaşlı İbadova Həmidənin və Digəri Kitabxanaçılıq fakültəsinin tələbəsi, 1988-cil təvəllüdlü Dilrubə Quluzadənin müalicəsi davam etdirilir. Onların həyatına təhlükə davam etməkdədir.

Qeyd edək ki, hadisə nəticəsində BDU-nun digər tələbəsi Şəkər Xasmatova vəfat edib.


Xəbər xətti