Prezident İlham Əliyev Sumqayıtda- Foto

14:35 - 21 Noyabr 2019 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.


Xəbər xətti