Oğru mağazaya 3500 manatlıq ziyan vurdu

12:43 - 21 Noyabr 2019 - HADİSƏ

Gecə vaxtı Bakıda oğurluq hadisəsi baş verib.

Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "V" massivində qeydə alınıb. Mağaza sahibi Trend-ə bildirib ki, qarətçi mağazaya səhər saat 5 radələrində daxil olaraq əlindəki küt alətlə qıfılı qırıb və 3500 manatlıq mal oğurlayıb:
"Oğurluq baş verən gün 2500 manatlıq mal gəlmişdi və hamısı bağlamada olub. Qarətçi içəri daxil olub həmin bağlamanı və vitrində olan mallardan bir neçəsini aparıb. Oğurluqla bağlı artıq polisə də məlumat vermişik".

Mağazanın xanım sahibi bildirib ki, son bir həftədə həmin ərazidə artıq ikinci oğurluq hadisəsidir.

Xəbər xətti