Gənc qız trolleybusun altında can verdi - Video

12:35 - 21 Noyabr 2019 - DÜNYA

Sankt-Peterburqun mərkəzində trolleybus gənc qızı piyada keçidinin üzərində vurub. 

Bununla bağlı Ren TV məlumat yayıb.

Müşahidə kameralarında görünür ki, yolun kənarına yaxınlaşan qız skeytbordu əlinə götürərək dərhal yolun hərəkət istiqamətinə çıxır və bu zaman yüksək sürətlə hərəkət edən trolleybusun təkərləri altına düşür.

Hadisə şahidləri dərhal qəza yerinə yaxınlaşaraq, təcili tibbi yardım maşınını çağırsalar da, 18 yaşlı qız aldığı xəsarətlər səbəbindən yerindəcə keçinib. Trolleybusun işıqforun yaşıl işıqları yandığı zaman hərəkət etdiyi müəyyənləşdirilib. /oxu.az

Xəbər xətti