Taksi sürücüsü 3 kilometrə görə, əcnəbi sərnişindən 375 manat aldı

14:23 - 21 Noyabr 2019 - HADİSƏ

Rusiyada 29 yaşlı Voronej sakini olan qadın paytaxt polisinə şikayətlə müraciət edərək bildirib ki, yerli taksi sürücüsü ondan və Fransız həyat yoldaşından 3 kilometrlik məsafəyə görə haqsız yerə 13 min rubl (350 Azn) gediş haqqı tələb edib. Ucnoqta.az xəbər verir ki, məbləğin ödənilməyəcəyi təqdirdə isə onları avtomobildən buraxmayacağı ilə hədələyib.

Bundan sonra məcbur olan əcnəbi, bank kartını sürücüyə verib. Sürücü isə kartdan 14 min rubl (375 Azn) çıxararaq onları buraxıb.

Qadın Moskvada şikayət ərizəsi yazmaqdan imtina edib, o, Voronejə qayıtdıqdan sonra bunu edəcəyini söyləyib.

Ancaq paytaxt hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

Xəbər xətti