Ana səhifə
19 Dekabr 2018

"Elektron hökumət"ə 5 yeni xidmət əlavə olunub

Azərbaycan Vergilər Nazirliyi nin beş xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

 

 

Ucnoqta.az –a bu barədə RYTN-dən məlumat verilib.

Belə ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi”, “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”, “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” və “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidmətlərinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.

“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı” xidməti rezident vergi ödəyicisinin filialı, nümayəndəliyinin elektron qaydada qeydiyyata alınmasını əhatə edir.

“Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmətinə Vergilər Nazirliyi Aparatının funksional idarələrinin vergi orqanlarının yazılmış aktları və onların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən verilmiş təkrar şikayət və ərizələrə məhkəmədən kənar (məhkəməyə qədər) obyektiv və hərtərəfli araşdırma aparılmaqla baxılması prosesləri daxildir.

“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” xidməti vasitəsilə istifadəçi vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya siri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edir.

“Büdcə rekvizitləri barədə məlumatın verilməsi” xidməti istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etmə proseslərini əhatə edir.

“Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidməti Azərbaycanda yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılmasından ibarətdir.

Qeyd edək ki, bu e-xidmətlər "Elektron hökumət" portalına əlavə olunduqdan sonra Vergilər Nazirliyinin portal üzərindən göstərdiyi xidmətlərin sayı 59-a çatıb.

 

Tarix
9 Yanvar 2015 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin