Salyanda avtomobil 5 yaşlı uşağı vurub

22:50 - 19 Noyabr 2019 - HADİSƏ

Salyanda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü İsmayılov Vüqar Xalid oğlu ailə üzvləri ilə yolda gedərkən onu yük maşını vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardımdan göstərildikdən sonra azyaşlı ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti