Yanacaq dolu avtosisterni dəhşəti: bir anda ətrafı alov bürüdü - VİDEO

17:10 - 19 Noyabr 2019 - HADİSƏ

Dağlıq yolda yanacaq yüklü avtosisternin qəza görüntüləri sosial şəbəkədə yayımlanıb. Ucnoqta.az xəbər verir ki, təhlükəsizlik kamerasına düşən kadrlarda, yanacaq yüklü avtosisternin sürətlə hərəkətdə olduğu və ötmə əməliyyatı zamanı döngədə sürücünün idarəetməsindən çıxaraq aşdığı görülür. Qəzanı görən digər sürücülər avtomobillərini dayandıraraq aşan maşının sürücüsünün köməyinə çatmağa çalışırlar. Ancaq, zərbənin şiddətindən tüstüləyən yük maşınından ətrafa dağılan yanacaq bir anda alovlanıb. Köməyə gedən insanlar isə yanğını görərək qaçmağa başlayırlar.

Qeyd edək ki, videodakı hadisənin harada baş verdiyi və ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

 

Namiq Musayev

 

Xəbər xətti