Qəzada çevrilən “Mitsubishi”dən görün nələr çıxdı: pivə, konyak, avtomat... - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində qəzaya uğrayaraq aşan avtomobildən “kalaşnikov” düşüb. Ucnoqta.az xəbər verir ki, insident bu gün səhər saatlarında Vıborqskom şosesində qeydə alınıb.

Məlumata görə, “Mitsubishi” markalı avtomobilin sürücüsü sükan idarəetməsini itirərək əvvəlcə park edilmiş maşınlara, sonra da “Nissan Qashqai” markalı avtomobilə çırpılaraq çevrilib. Qəza nəticəsində xəsarət alan olmayıb. Çevrilən “Mitsubishi”nin baqajından pivə butulkaları, konyak və “kalaşnikov” avtomatı düşüb. 

İlkin ehtimallara görə, “Mitsubishi”nin sürücüsü sərxoş olub.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Tarix
19 Noyabr 2019 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-19 15:47:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin