Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır

Bakı Nəqliyyat Agentliyi (BNA) havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksiyon xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərə başlayıb.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbilərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.

 

Tarix
19 Noyabr 2019 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-19 15:00:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin