Bakının bu qəsəbəsində su olmayacaq

12:01 - 19 Noyabr 2019 - Xəbər

Bakının Hövsan qəsəbəsində su olmayacaq. “Azərsu” ASC-dən verilən məlumata görə, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar 19 noyabr 2019-cu il tarixində gün ərzində Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti