Gürcüstanda parlamentin ətrafına xüsusi təyinatlılar cəlb olunub

17:54 - 18 Noyabr 2019 - DÜNYA

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara parlament ətrafını tərk etmək üçün 30 dəqiqə vaxt verib.

Etirazçılar, öz növbəsində, aksiyanın dinc olduğunu və heç yerə getməyəcəklərini bildiriblər. Xüsusi təyinatlılar artıq parlament ətrafına cəlb olunublar.

Aksiya iştirakçıları polisin əraziyə daxil olmasının qarşısını almaq üçün canlı zəncir yaradıblar. /report

Xəbər xətti