DİN Bakıda 4 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

15:28 - 18 Noyabr 2019 - HADİSƏ

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşun. Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti