Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

12:31 - 18 Noyabr 2019 - HADİSƏ

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Fərhad Yunis oğlu kənd sakini İsmayılov Manaf Baba oğlunun həyətində qohumu, 1997-ci il təvəllüdlü İsmayılov Mayıl Sabir oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində F.Məmmədov M.İsmayılovu kürək nayihəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb./trend

Xəbər xətti