Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 11 ölü, 15 yaralı

11:45 - 18 Noyabr 2019 - HADİSƏ

Hindistanda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident bu gün səhər saatlarında Radjastan ştatının Lakhasar yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, toqquşmanın şiddətindən 10 nəfər hadisə yerində dünyasını dəyişib.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Araşdırmalar aparılır.

 

Namiq Musayev

Xəbər xətti