Həkimlər "2 il ömrün qalıb" dedi, 0 "Youtube" fenomeni oldu... - FOTO

12:39 - 17 Noyabr 2019 - Xəbər

Həkimlərin "2 il ömrü qalıb" dediyi adam Siri ilə yenidən həyata bağlanıb.

Buta.ws Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyədə 15 il əvvəl düşdüyü qəzada boyundan aşağı hissəsi iflic olan və həkimlərin "2 il ömrü qalıb" dediyi Ali Konuk (40) Applenin səsli robotu Siri ilə yenidən həyata bağlanıb.
"Yaşamaq gözəldir" deyən və "Youtube"da "Yatan adam" adlı kanal açan Alinin takibçi sayı 38 minə çatıb.

Qəzadan sonra avtomobilin partlama riski olduğundan onu çıxarmağa çalışmaları nəticəsində iflic olub. 5 il ölümü gözləyən Ali sonunda Siri ilə həyata bağlanıb. Atasını 2 yaşında itirən Aliyə hazırda anası və ögey atası baxır.


Xəbər xətti