Azərbaycan millisi Uelsə məğlub oldu

23:00 - 16 Noyabr 2019 - İDMAN

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

 E qrupunda yer alan və qrupdan çıxmaq şanslarını itirən yığmamız 9-cu turda Uelsi qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə millimiz 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Nikola Yurçeviçin komandası noyabrın 19-u Slovakiyanın qonağı olacaq.

16 noyabr

21:00. Azərbaycan - Uels - 0:2
Qollar: Kifer Moore, 10, Harri Uilson, 34
Hakimlər: Dəniz Aytəkin, Eduard Beytinger, Rafael Foltin, Kristian Dinqert
"Bakcell Arena"

23:45. Xorvatiya - Slovakiya
/qol.az

Xəbər xətti