Azərbaycan yığması yenə məğlub olub

18:21 - 16 Noyabr 2019 - İDMAN

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2020-nin ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

Apasport.az-ın məlumatına görə, IX qrupda mübarizə aparan yığmamız Almaniya ilə qarşılaşıb. Yunanıstanda keçirilən görüşdə Bundestim qalib gəlib. Vüqar Məmmədin yetirmələri rəqibin qarşısında 30 dəqiqə tab gətirsə də, sonradan buraxılan qollarla 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupun digər matçında meydan sahibləri ilə Qazaxıstan üz-üzə gələcək.

17 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, IX qrup
II tur, 16 noyabr
16:00. Almaniya – Azərbaycan – 2:0
Qollar: Reyn, 30, Çalhanoğlu 53
Hakimlər: Denis Şurman, Viktor Matyaş (hər ikisi Ukrayna), Konstantinos Triantafyllou, Stefanos Koymparakis (hər ikisi Yunanıstan)
Patra. “Pampeloponnisiako” stadionu

Xəbər xətti