Sabahın havası açıqlanıb

14:09 - 16 Noyabr 2019 - ÖLKƏ İÇİ

Noyabrın 17-nə ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.   

Xəbər xətti