Suraxanıda “Mitsubishi” beton plitəyə çırpıldı - Qadın sürücü öldü

10:19 - 16 Noyabr 2019 - HADİSƏ

Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən verilən  görə, Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti