Tramp ABŞ ordusunun Əfqanıstanda cinayətlər törədən zabitlərini əfv edib

09:25 - 16 Noyabr 2019 - DÜNYA

ABŞ prezidenti Donald TrampBirləşmiş Ştatların Əfqanıstanda hərbi cinayətlərə görə məhkum edilmiş iki zabitini əfv edib. Bu barədə Ağ Evin mətbuat xidmətinin xəbərində bildirilir. "Bu gün prezident Donald Tramp ordunun baş leytenantı Klint Loransın və mayor Metyu Qolsteynin əfv edilməsi haqqında fərman imzalayıb", - Ağ Evin xəbərində bildirilir. Tramp həmçinin Edvard Qallaherin Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin zabiti rütbəsinin E-7 dərəcəsinin bərpası haqqında sərəncam imzalayıb./report

Xəbər xətti