Plastik pəncərə, qənd, un, saqqız ..... - Dioksid titan tərkibli məhsullar xərçəng təhlükəlidir

20:39 - 15 Noyabr 2019 - Cəmiyyət

Avropa səhiyyə komissiyası məişətdə istifadə olunan bir çox əşyalarda olan dioksid titan  kanserogen təsirli maddələr siyahısına daxil edib.

Bu maddə plastik qapı-pəncərə materiallarında geniş istifadə olunur. Məhz dioksid bu pəncərələrə qar bəyazlığı verib, işığa davamlılıq verir.

Medicina.az xəbər verir ki, 10 illərdir dioksid titan plastik istehsalında tətbiq edilir, lakin kanserogen maddələr siyahısında deyildi.

18 oktyabrda baş tutan iclasda ekspertlər son illər apardıqları araşdırmaların nəticələri üzrə dinləmələr etdi və qərara aldılar ki, insan orqanizmi üçün təhlükəli olan dioksid onkoloji xəstəlik yaradan maddələr siyahısına daxil edilsin.

Sənəd Avropa Birliyi Parlamentinə daxil ediləcək. 2021- ci ildə qəbul edilsə, tərkibində dioksid olan bütün məhsullar bu siyahıya daxil ediləcək. İstehsalçılar mütləq qutuda tərkibdə dioksid olmasını qeyd etməli olacaq və istehlakçıların bundan xəbəri olmalıdır.

Dioksid titan niyə təhlükəlidir?

Dioksid titan təkcə plastikdə olmur. Eləcə də yeyinti məhsulları: uşaq qidaları, ağ un, şəkər, süd məhsulları, bəzi şirniyyatlarda da qar kimi bəyazlıq vermək və bu rəngi uzun müddət saxlamaq üçün dioksid əlavə olunur.
TiO2 formulu olan dioksid titan saqqızlarda, yarımfabrikatlarda, xəmir məmulatlarında, zefirdə də olur.
Etiketdə E 171 ilə qeyd edilə bilir.
Yeganə təsiri ərzağın xarici görünüşünü yaxşılaşdırmaq və alıcını cəlb etməkdir. Başqa heç bir rolu yoxdur. Eləcə də kosmetologiyada çox istifadə olunur.

Fransanın Milli İnstitutu bu yaxında alimləri şoka salan bir tədqiqat apardılar.
Laboratoriyada 3 qrup siçana 100 gün ərzində dioksid titanlı su veriblər. Sudakı dioksidin dozası bir insanın gün ərzində E 171 qəbulu dozasına bərabər idi.
Ekpserimentin sonunda siçanların 40%-də bədxassəli şişlərin əlamərtləri aşkarlandı.

Xəbər xətti