Köpəkbalığı dalğıcın qolunu qopardı

17:52 - 15 Noyabr 2019 - DÜNYA

ABŞ vətəndaşını Meksika sahillərində köpəkbalığı dişləyib.

33 yaşlı dalğıc Meksikanın Maqdalena körfəzində üzərkən, köpəkbalığı onun qolunun bir hissəsini dişləyərək qoparıb.
Gənc dalğıc köpəkbalığından xilas olmağı bacarıb və arxası üstə üzərək səyahət gəmisinə yaxınlaşaraq həyəcan siqnalı səsləndirib.
Köməyə gələn Meksika hərbi üzgüçüləri onu xəstəxanaya çatdırıblar.
Dalğıcın yarasının ölümcül olmadığı bildirilib./oxu.az

 

Xəbər xətti