5 aylıq uşaq komadan çıxa bilmədi

10:43 - 15 Noyabr 2019 - HADİSƏ

Şəkidə 5 aylıq uşaq komadan çıxa bilməyib.

Hadisə noyabrın 14-ü Şəki Mərkəzi rayon Xəstəxanasının Birləşmiş Uşaq Xəstəxanasında baş verib.

Oğuz rayonu, Söyüdlü kənd sakini, 2019-cu ilin iyulun 20-də anadan olan Davud Həbibli noyabrın 14-də saat 07 radələrində koma vəziyyətində xəstəxanaya daxil olub və saat 08 radələrində vəfat edib.

D.Həbibli doğulduğu gündən sonra mütəmadi olaraq boğulma, öskürək, qızdırma diaqnozları ilə Bakıda və Oğuz rayonunda müalicə olunub. Noyabrın 14-də çəki itkisi, bədənin göyərməsi vəziyyətində xəstəxanaya gətirilib. Orada ona tənəffüs çatışmazlığı, aqonal vəziyyət, dərin koma diaqnozu qoyulub.

Hazırda faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo

Xəbər xətti