Azərbaycan millisi Lixtenşteyni məğlub etdi

20:34 - 14 Noyabr 2019 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyni qəbul edib.

Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub. Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək./publika.az

Xəbər xətti